Haqqımızda

Y-Lex Consulting - şirkəti hüquqi fəaliyyətlə məşğul olmuş, məhkəmə proseslərində bir sıra tanınmış sahibkarlar və xarici şirkətlərlə əməkdaşlıq etmiş peşəkar hüquqşünasların bir araya gəlməsi nəticəsində fəaliyyət göstərir. Şirkətimiz yerli və xarici vətəndaşlara, şirkətlərə,sahibkarlıq fəaliyyəti ilə məşğul olan işgüzar şəxslərə hüquqi xidmətlər, mühasibatlıq xidmətləri (şirkətdə mühasibat uçotunun aparılması (autsorsinq), maliyyə məsələləri, vergilərlə bağlı konsaltinq xidmətləri), İR xidmətləri (kadrlar uçotu),İR idarə olunması,konsaltinq xidmətləri göstərməklə bütün dövlət orqanlarında onları təmsil edir, hüquqlarını qanunvericilik çərçivəsində müdafiə edir və keyfiyyətli hüquqi müdafiəyə təminat verir.